Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bədən qoxusunu dəyişən xəstəliklər AÇIQLANDI

16.02.2024 12:17 1 251
Bədən qoxusunu dəyişən xəstəliklər AÇIQLANDI
Qalxanabənzər vəz, qaraciyər, böyrəyin işinin pozulması və şəkərli diabet bədən qoxusunun dəyişməsinə səbəb ola bilər.

Bu barədə Rusiyanın tanınmış həkimi Olqa Ulankina xəbərdarlıq edib.

Onun sözlərinə görə, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər.

“Aseton qoxusu isə diabetin əlamətlərindən biridir. Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir, ona görə də özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır. Bu maddələrin parçalanması nəticəsində keton cisimləri əmələ gəlir - onlar kəskin qoxuya cavabdehdirlər”, - deyə həkim bildirib.

Ekspert sirkə qoxusunun endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə biləcəyini qeyd edib.

“Fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır, ancaq duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalısınız”, - deyə Ulankina izah edib.

Həkim, həmçinin vurğulayıb ki, qalxanabənzər vəzin işinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun kəskinləşməsinə səbəb ola bilər.

“Çox miqdarda ədviyyatlı ərzaqların, yarımfabrikatların və hazır şirniyyatların istehlakı da bədən qoxusuna təsir edə bilər”, - deyə Ulankina sözlərini yekunlaşdırıb.

Mənbə: Gazeta.ruскачать dle 11.3
Mojo.az Banner