Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İşlərimizi hansı saatlarda görsək, daha faydalı olarıq? - ARAŞDIRMA

06.02.2024 11:55 2 019
İşlərimizi hansı saatlarda görsək, daha faydalı olarıq? - ARAŞDIRMA
Zəngli saatın qurulması üçün ən optimal vaxt 7:22-dir. Çünki 5:22 ilə 7:21 arasında yuxudan duranlar, bundan gec oyananlara nisbətən daha yüksək kortizol (stress hormonu) səviyyəsinə malikdirlər.

Bu barədə Britaniyanın Vestminster Universitetinin alimlərinin apardıqları araşdırmadan məlum olub.

Tədqiqat gün ərzində mütəmadi yerinə yetirilən işlər üçün vaxtın seçilməsinə, həmçinin bunun nə üçün vacib olduğuna aiddir.

Məsələn, bildirilir ki, dişlər səhər yeməyindən əvvəl fırçalanmalıdır, çünki sonra olarsa diş minasının aşınmasına səbəb olur.

“Səhər yeməyini səhər 8-dən əvvəl etmək məsləhətdir. Vacib qərarlar üçün isə ən yaxşı vaxt səhər 11-dən 12-ə qədərdir, çünki bu zaman insanın idrak qabiliyyəti pik həddə olur. Mürgüləmək üçün ideal vaxt günortadan axşam 4-ə qədər olan vaxtdır” , - deyə araşdırmada bildirilir.

Alimlər qəhvəni səhər saat 9-dan günorta 14-ə qədər içməyə məsləhət görür. Elm adamlarının sözlərinə görə məhz həmin saatlarda içki yuxunu pozmadan enerji ilə təmin edir.

Mənbə: Mənbə: “Topor” “Telegram” kanalıскачать dle 11.3
Mojo.az Banner