Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhərlər tez oyanmağın - 5 faydası

15.11.2018 13:43 2 901
Səhərlər tez oyanmağın - 5 faydası
Median.Az səhər tez yuxudan qalxmağın faydalarını təqdim edir:

1. Daha çox şey etmək
Əksər insanlar üçün səhər çağı iş görmək baxımından axşam və gecə vaxtından daha məhsuldardır. İnsan orqanizmi belə qurulub ki, gecə vaxtı istər-istəməz bütün proseslər zəifləyir.

2. Daha çox asudə vaxta malik olmaq
Bir sıra insanlar etiraf ediblər ki, onlar sadəcə daha çox iş görmək üçün səhər daha erkən durmaq istəməzdilər. Əksinə onlar, daha çox boş və asudə vaxtının olmasını istəyərdi. Əgər ayıq olduğunuz müddət çoxalırsa, işə şərf etdiyiniz müddət isə dəyişməz olaraq qalırsa, demək sərbəst olduğunuz vaxtın miqdarı çoxalmış olur.

3. Heç kəsin maneə olmayacağı vaxtda işləmək
Səhər –iş görmək üçün ideal vaxtdır. Məhz çoxdan etmək istədiyiniz, amma etməyə macal tapmadığınız işləri səhərlər görə bilərsiniz. Axı hər dəfə bu işə başlamaq istəyəndə kimsə sizə əngəl olub. Bu vaxt hətta xarici dili də öyrənmək olar. İstədiyiniz bir işi görün –sadəcə vaxtınızı özünüzə sərf edin.

4. Yaxşı vərdiş yaratmaq
Əgər bir hərəkəti30 gün ərzində təcrübə edirsinizsə, siz yaranmış vərdişi özünüzdə bütün ömür boyu saxlaya bilərsiniz. Amma sizin əvvəlki gün (həyat) rejiminə qayıtmaq şansınız da var. Yaxşı vərdiş –effektivlik baxımından çox güclü alət hesab olunur. Eyni zamanda yeni qazanılmış yaxşı vərdiş həm də həyatı daha əlvan və maraqlı etmək üsuludur.

5. Sağlamlığı yaxşılaşdırmaq
Nə qədər paradoksal səslənsə də, yuxudan tez qalxmaq axşam daha yaxşı yuxuya getməyə kömək edir. Yaxşı yuxuya getsən (yəni yuxunu yaxşı almış olsan), özünü yaxşı hiss edərsən. Ümumiyyətlə götürdükdə isə, sağlamlığı yaxşılaşdırmağın ən əla üsullarından biridir. Bəzən hətta deyirlər ki, səhər saat 5-dən sonrakı yuxu, daha çox zərərlidir, nəyinki xeyirli.скачать dle 11.3

Son xəbərlər