Mojo.az Banner
14:04 Sumqayıtda restorandan oğurluq etdilər, motosikleti qaçırdılar  |     13:59 Bakı Metropoliteni 200-ə qədər vaqon alacaq  |     13:53 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar sabah ödəniləcək  |     13:45 Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı  |     13:40 Azərbaycan bu ölkələrlə yeni elektrik layihəsi üzrə danışıqlar aparır  |     13:33 Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO  |     13:28 DYP piyadalara müraciət etdi  |     13:20 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb  |     13:15 "Qarabağ" bu gün "Dinamo" ilə cavab matçına çıxır  |     13:09 Serbiyalı futbolçu "Beşiktaş"a keçdi  |     12:53 Bu abituriyentlər 150 balla universitetə qəbul ola bilərlər  |     12:39 Ağdaşda 53 yaşlı kişinin meyiti aşkarlanıb  |     12:36 Bu ilin ilk 7 ayında neçə nəfərə əlillik təyin edilib?  |     12:35 Ötən ay 132 nəfər Azərbaycandan çıxarılıb  |     12:31 Rusiya ordusu Ukraynada sərnişin qatarını vurdu: Ölənlər var  |     12:28 Azərbaycanda mövcud epidemioloji vəziyyət AÇIQLANDI  |     12:18 “Simurq” kitabxanasının taleyi necə olacaq? – Rəşad Məcid Median.Az-a danışdı  |     12:07 Şəhid atası "Azərişıq"dan şikayətləndi: "Sayğaca yüklədiyim pul yoxa çıxır" — FOTO  |     11:49 Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlanıb  |     11:39 Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara xəstəliyinin əlamətləri aşkar edildi (Yenilənib)  |    
Left Banner
Right Banner

Günə xoşbəxt başlamağın 10 yolu

07.09.2019 19:28 3 169
Günə xoşbəxt başlamağın 10 yolu
Xoşbəxt olmaq üçün səhərlər xoşbəxt oyanmaq və günə xoşbəxt başlamaq çox önəmlidir.
Bir çoxumuz üçün günə ilk oyandığımız zaman başlamaq elə də xoş bir şey olmaya bilər. Əslində, bunu tərsinə çevirmək mümkündür. Niyə siz də səhərlər xoşbəxt bir şəkildə oyanan insanlardan olmayasınız?

Səhərlər günə xoşbəxt başlamaq istəyənlər üçün 10 məsləhət:

1. Sosial şəbəkələrdən uzaq durun

Gözəl bir günə başlamaq üçün səhərlər mobil telefonlarınızdan və sosial şəbəkələrdən uzaq durun. Qısa müddət ərzində fərqi hiss edəcəksiniz.

2. Erkən yatın

Əgər siz səhərlər xoşbəxt oyana bilmirsinizsə, böyük ehtimalla gecə gec saatlara qədər yatmayanlardansınız.
Yatağa erkən girdiyiniz zaman ola bilsin dərhal yata bilməyəcksiniz. Lakin belə etməklə, bədəninizə yuxuya hazırlaşması üçün zaman vermiş olarsınız. Üstəlik beləcə, səhərlər daha asan və daha erkən oyana bilərsiniz.

3. Səhərlər qərar almayın

Araşdırmalara görə, səhərlər daha az qərar versəniz, günə daha xoşbəxt başlaya bilərsiniz. Buna görə də qərarlarınızı yatmadan öncə alın.

4. Pərdələri yarı açıq saxlayın.

Hava şəraiti və günəş işığı hamımızın ruh halını dərhal dəyişdirir. Səhərlər günə daha yaxşı başlamaq üçün oyandığınız zaman, icazə verin otağınıza biraz günəşişığı düşsün.

5.Telefonunuzda zəngli saatının səsi əvəzinə sevdiyiniz bir musiqi səsi ilə oyanın

Səhərlər sevdiyiniz bir musiqi ilə oyanmaq kimisi yoxdur. Hazırlanarkən sevdiyiniz mahnıları dinləmək qədər, sizi oyandıran zəngli saatın səsi də, ruh halınız üzərində təyin edici rol oynayır. Buna görə də zəngli saatın səsini yumşaq və təbii səslərdən seçməyi və arada dəyişdirməyi unutmayın.

6. Duş qəbul edin.

“Yaxşı bir duşun həll edə bilməyəcəyi heç bir şey yoxdur.” deyirlər. Səhərlər ən sevdiyiniz sabun və ya duş geli ilə ilıq bir duş qəbul edərək günə başlamağı yoxlayın.

7.Oyanan kimi əzələlərinizi gərin.

Səhərlər əzələlərinizi gərmək, bədəninizdəki qan dövranını sürətləndirir. Bu gərilmə hərəkətlərini yatağınızda belə edə bilərsiniz. Əzələlərinizi gərdiyiniz zaman ifraz olunan endorfin, stresinizi azaldar və günə daha pozitiv başlamağınızı təmin edər.

8. Yataq otağınızı təmiz saxlayın

Səhərlər təmiz bir otaqda oyanmaq, günə daha yaxşı duyğularla başlamağınıza səbəb olur.

9. Yatağa girmədən öncə yemək yeməyin

Rahat bir yuxu yatmaq istəyirsinizsə, gecələr yatağa girmədən öncə bir şeylər yemək vərdişindən vazkeçməlisiniz.

10. İlham verən bir şeylər oxuyun

Səhərlər ilham verici sözlər oxumaq, günəyaxşı başlamağınızı təmin edə bilər.скачать dle 11.3
Mojo.az Banner