Mojo.az Banner
14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

60 nəfərə qarşı milyonluq dələduzluq edən şirkət rəhbərləri narazıdırlar

31.01.2024 18:21 3 540
60 nəfərə qarşı milyonluq dələduzluq edən şirkət rəhbərləri narazıdırlar
60 nəfərə qarşı dələduzluqda təqsirləndirilən “Meqa-Siti Holdinq” MMC-nin direktoru Aqil Qədirov və şirkətin vəzifəli şəxsləri Elnur Məmmədov, Fariz Nuriyev, Maksim Zeynalov və Tamara Novruzovanın cinayət işi üzrə Ali Məhkəməyə kassasiya şikayəti verilib.

“Qaynarinfo” xəbər verir ki, İlkin Rəcəbov iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı bəlli deyil.

“Meqa-Siti Holdinq” MMC-nin direktoru Aqil Məmmədov və şirkətin digər vəzifəli şəxsləri 2019-cu ildə saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İş materiallarına görə, onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqla, bir milyon manatlıq dələduzluq əməli törədiblər. Aqil Qədirov və Elnur Məmmədov barəsində həbs-qətimkan, digər üç nəfər barəsində isə polisin nəzarətinə vermə tədbiri seçilib.

Bu iş üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə təyin edilən cəza barədə məlumat yoxdur.

Təqsirləndirilən şəxslər hökmdən apellyasiya şikayəti versələr də, şikayət təmin olunmayıb. Aqil Qədirov Ali Məhkəməyə kassasiya şikayəti verib, lakin nəticəsi olmayıb.

“Meqa-Siti Holdinq” MMC-nin direktoru Ali Məhkəməyə şikayət etdiyinə görə, ehtimal olunur ki, budəfəki şikayəti onun şərikləri veriblər. Lakin bəzi məlumatlara görə, Ali Məhkəməyə zərərçəkmiş şəxslər müraciət ediblər.

Bunu dəqiqləşdirmək mümkün olmayıb.

İş üzrə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti də zərərçəkmiş kimi tanınıb.скачать dle 11.3
Mojo.az Banner