Mojo.az Banner
11:17 Məhsul şəhadətnaməsi təkrar satıla və girov qoyula biləcək  |     23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidə avtomat meteoroloji stansiya quraşdırılacaq

26.01.2024 15:18 1 890
Xankəndidə avtomat meteoroloji stansiya quraşdırılacaq
“2025-2026-cı illərdə də avtomat hidroloji və meteoroloji stansiyaların alınaraq quraşdırılması nəzərdə tutulub”.

APA xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

O bildirib ki, avtomat hidroloji stansiyaların Qarqarçayın Xankəndi şəhərindən keçən hissəsində, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın, Tərtərçayın Suqovuşan və Sərsəng su anbarlarının girişində quraşdırılması nəzərdə tutulub: “Avtomat meteoroloji stansiyalar isə Xocavənd, Ağdərə, Xankəndi və Qubadlı rayonlarının ərazisində quraşdırılacaq”.

O xatırladıb ki, 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdən keçən 10 çay üzərində 11 avtomat hidroloji stansiya, transsərhəd çaylar üzərində isə keyfiyyət sensorları quraşdırılıb.

“Eyni zamanda, Şuşa şəhərində, Zəngilan rayonunun Mincivan qəsəbəsində, Füzuli şəhərində, Ağdam şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində avtomat meteoroloji stansiyalar quraşdırılıb. Avtomat meteoroloji və avtomat hidroloji stansiyalardan alınan məlumatlar Milli Hidrometeorologiya Xidmətində serverdə toplanır və vizuallaşması təmin olunur”, - deyə o qeyd edib.

Əkbər Əsgərov vurğulayıb ki, 2024-cü ildə bir dəst dopler hava radarı və aeroloji stansiyanın alınması nəzərdə tutulub. O əlavə edib ki, dopler radarın Şuşa, aeroloji stansiyanın isə Füzuli şəhərində quraşdırılması nəzərdə tutulub.скачать dle 11.3
Mojo.az Banner