Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Taxta qiymətləri artacaq? - AÇIQLAMA

23.01.2024 15:29 1 773
Taxta qiymətləri artacaq? - AÇIQLAMA
Rusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.

Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) almışdı. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları (362 manat) ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.

Bəs, idxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə hazırda daxili bazarda taxtanın qiymətinin sabit olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda heç bir bahalaşma müşahidə olunmur:

“Belə ki, bir kubmetr taxta materialının qiyməti 250 manata qədərdir. Ən keyfiyyətli, döşəmə üçün nəzərdə tutulan materiallar isə 280 manatdan baha deyil. Preslənmiş taxta materialının da qiyməti sabitdir və 22-24 manat arasında dəyişir. Qış aylarında isə taxta materiallarına tələbat aşağı düşdüyü üçün qiymət artımı olmur. Buna görə də bazarda dəyəri 230 manata qədər düşə bilir.

Yuxarıdakı göstəricilər də ola bilsin ki, orta qiymət nisbətində də götürülüb. Ona görə ki, müəyyən dövrlərdə bazarda qıtlıq olanda materialların qiymətində artım baş verə bilir”.

Müsahibimin fikrincə, yaxın vaxtlarda taxta qiymətlərində bahalaşmanı müşahidə edə biləcəyik:

“Əvvəllər də belə olub. Rusiyadan idxal olunan materiallarda müəyyən qiymət dəyişiklikləri baş verib. İndi də belə olacaq. Bununla belə, bəzi hallarda sahibkarlar tələb və təkliflərdən asılı olaraq tənzimləmələrə gediblər. Belə ki, təklif çox olan zaman ucuzlaşma, tələb çox olduqda isə bahalaşma baş verib”.

Bəs, Rusiyadan gələn taxta məhsullarının qiyməti niyə bahalaşıb?

“Bəzi dövrlərdə bu ölkənin gömrük tariflərində müəyyən qiymət dəyişiklikləri baş verir. Son vaxtlar kütləvi sanksiyalar tətbiq edildiyi üçün ixrac həyata keçirdiyi ölkələrə gömrük güzəştləri etməyə məcbur olub. Çünki həmin ölkələrin çoxu sanksiyalara görə idxal və ixracı dayandırıb ki, onların da əksəriyyəti Avropa ölkələrdir.

Eyni zamanda, Qərb şirkətlərinin çoxu Rusiya bazarını tərk etdiyi üçün böyük bir boşluq yaranıb. Ancaq son vaxtlar əksəriyyətinin müxtəlif brendlər adı ilə geri qayıtması ilə bağlı məlumatlar dolaşmaqdadır. İkinci səbəb rublun möhkəmlənməsi və qorunması üçün atılan addımlarla bağlı ola bilər”, - ekspert qeyd edib.скачать dle 11.3
Mojo.az Banner