Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İlk türk astronavtın kosmosa uçuşu niyə təxirə salındı? - Kosmik gəmi bu gecə buraxılacaq

18.01.2024 13:04 1 680
İlk türk astronavtın kosmosa uçuşu niyə təxirə salındı? - Kosmik gəmi bu gecə buraxılacaq
Türkiyənin ilk insanlı kosmik missiyasının kosmosa çıxması bir gün təxirə salınıb.

Median.Az
TRT Haber-ə istinadən xəbər verir ki, Alper Gezeravcının da olduğu komandanı daşıyacaq kosmik gəmi bu gecə saat 00.49-da kosmosa buraxılacaq.

Mövzu ilə bağlı NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzində mətbuat konfransı keçirilib.

Daha sonra müvafiq şirkət - “SpaceX” açıqlama verib. Şirkət yeni uçuş tarixini 19 yanvar olaraq hədəflədiklərini açıqlayıb.

"Bu əlavə vaxt komandalara uçuşdan əvvəl son yoxlamaları tamamlamağa və kosmik gəmidəki məlumatları təhlil etməyə imkan verəcək."

Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır da bütün texniki yoxlamalar tamamlandıqdan sonra uçuşun baş tutacağını bildirib:

"Texniki nəzarətin yaxın 24 saat ərzində başa çatdırılması planlaşdırılır. Ümid edirik ki, bütün texniki nəzarətlər müsbət nəticə verəcək və heç bir gecikmə olmadan buraxılış baş tutacaq. Bu, əslində bir missiyadır millətimiz çoxdandır ki, gözləyir. Biz deyirik ki, gec olsun, güc olsun”.

Qeyd edək ki, ilk türk astronavtı Alper Gezeravcı və onu müşayiət edən 3 nəfəri daşıyacaq raket Türkiyə vaxtı ilə 19 yanvar saat 00.49-da kosmos səyahətinə başlayacaq.скачать dle 11.3
Mojo.az Banner