Mojo.az Banner
23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |    
Left Banner
Right Banner

Fermerlər vergilərdən azad olundu: Nə dəyişəcək?

15.01.2024 16:00 1 647
Fermerlər vergilərdən azad olundu: Nə dəyişəcək?
Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu ilin yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilib.

Bəs bu dəyişiklik və güzəştlər aqrar sahənin inkişafına necə təsir edəcək?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli bu dəyişikliyin əslində 2023-cü ilin yanvarın 1-dən qəbul edildiyini diqqətə çatdırdı:

“Məqsəd isə odur ki, bu sahədə şəffaflaşma təmin olunsun, yəni sahibkar az vergi ödəyəcəyi üçün şəffaflığa daha çox meyil etsin. Qərar əvvəllər 1 il üçün nəzərdə tutulmuşdu. Hazırkı dəyişikliklə birlikdə, bu müddəti 4 ilə çatdırdılar.

Amma əvvəlki müddət ərzində aqrar sahədə elə də ciddi dəyişiklik baş vermədi. Qərarın mahiyyəti isə ondan ibarətdir ki, daha çox rezident şəxslərin vergi yükü azaldılır. 4 il müddətinə dividend vergisindən azad edilmək sahibkara işləmək üçün yeni şərait yaradır. Yəni qazancı nədirsə, sahibkar hamısını özündə saxlayır. Aqrar sahədə torpaq və işçi vergisi çıxılmaqla, artıq dəyər vergisi, mənfəət, satış və qazanc kimi bütün vergilər aradan qaldırılır”.

“Aqrar sektor yüksək gəlirli olmadığına görə...”

Aqrar sahənin elə də gəlirli olmadığını söyləyən müsahibimiz vurğulayıb ki, bu sektor ya mütəmadi risklərə məruz qalır, ya da satış zamanı problemlər yaşanır:

“Digər tərəfdən də əhali hər şeyə həddindən artıq həssaslıq göstərir. Məsələn, ət, süd, buğda və ya hansısa bir məhsul bahalaşırsa, hamı narazılıq edir. Hökumət isə vergiləri maksimum dərəcədə aşağı salmaqla və digər addımlarla sahibkarları bu sahəyə cəlb etməyə çalışır. İstəyir ki, bura daha çox investisiya yatırılsın, istehsalat artsın və ölkədə bolluq yaransın”.

“Əvvəl də belə idi”

Digər iqtisadçı-ekspert Akif Nəsirli, aqrar sahənin əvvəllər də vergilərdən azad olunduğunu xatırladıb:

“Bu il yanvarın 1-də həmin güzəştlərin müddəti bitdi. Yeni qərarla birgə isə həmin müddət 4 il uzadıldı. Bu günə qədər sahibkarlar vergini hansı qaydada ödəyirdirlərsə, bundan sonra da o cür davam edəcəklər. Bir sözlə, fermerlər bütün vergilərdən azad olunmuşdu və yalnız torpaq vergisi ödəyirdilər. Əgər qərar qəbul olunmasaydı, sahibkarlar həmin vergiləri ödəməli olacaqdılar. Bu baxıımdan da dəyişiklikdə yeni bir şey yoxdur”.скачать dle 11.3
Mojo.az Banner