Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bütün dünyanı qorxu bürüyüb: 2024-cü ilin mayında...

13.01.2024 20:17 1 317
Bütün dünyanı qorxu bürüyüb: 2024-cü ilin mayında...
İqlimşünaslar Şimal yarımkürəsində qlobal temperatur artımını müşahidə edirlər. 2024-cü ilin may ayında yeni temperatur rekordları gözlənilir.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, uzun müddət NASA-da işləyən alim Ceyms Hansenin kritik hədd olan '1,5 dərəcə' ilə bağlı yeni xəbərdarlıqları qorxu yaradıb. Paris İqlim Sazişində müəyyən edilmiş beynəlxalq səviyyədə qəbul edilmiş 1,5 dərəcə həddi gözləniləndən tez keçmək böyük risklər yaradır.

Hansen günəşdən gələn enerji ilə yerdən gələn enerji arasındakı balanssızlığın son 10 ildə demək olar ki, iki dəfə artdığını diqqətə çatdırıb. Həmçinin xəbərdarlıq edib ki, artım dəniz səviyyəsinin ciddi şəkildə qalxmasına səbəb ola bilər.

Zəlzələ Araşdırma İnstitutunun Meteorologiya Laboratoriyasının rəhbəri Adil Tek ölçmələrin necə aparıldığı barədə məlumatlar verib:

"Atmosferdəki karbon qazı dünyanın bir çox fərqli nöqtəsində ölçülür. Ancaq ən vacib stansiyalardan biri Sakit okeandakı Mauona Loa stansiyasıdır. 1950-ci illərdə ölçmələr 240 PPM səviyyəsində olduğu halda, bu gün 440 PPM-ə yüksəlib. Bu stansiya Sakit okeanda sənayenin olmadığı və yaşayış məntəqəsinin az olduğu bir yerdədir. Biz bunu azad atmosfer şəraiti adlandırırıq. Burada edilən ölçmələr vacibdir. 2050-ci illərdə bunun 480-500 PPM-ə qədər artacağını görürük. Dünya bundan necə təsirlənəcək? Bu, əlbəttə ki, dəniz səviyyəsinin artmasına səbəb olacaq."скачать dle 11.3
Mojo.az Banner