Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Eyvandan yıxılan yeniyetməyə təcili yardımın göstərilməməsinə görə vəzifəli şəxs cəzalandırıldı

11.01.2024 11:41 1 734
Eyvandan yıxılan yeniyetməyə təcili yardımın göstərilməməsinə görə vəzifəli şəxs cəzalandırıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Abşeron rayonunda eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşları barədə açıqlama verib.

TƏBİB-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb:

“Araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbehi növü olaraq töhmət verilib, həmçinin təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb. Eyni zamanda, həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib”.

Qurumdan qeyd edilib ki, Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya Şöbəsinə köçürülüb:

“Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub”.

Məsələ barədə materiallar Abşeron Rayon Polis Şöbəsində toplanaraq, rayon prokurorluğuna göndərilib.

Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.

Yanvarın 9-da Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev yıxılan yeniyetməyə yardıma getməyən təcili tibbi yardım əməkdaşının işdən çıxarıldığını bildirmişdi.

Son xəbərlər