Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Qızılca səpgilərinə toxunmaq, müdaxilə etmək olarmı? - Həkim AÇIQLADI

10.01.2024 16:21 2 076
Qızılca səpgilərinə toxunmaq, müdaxilə etmək olarmı? - Həkim AÇIQLADI
“Sosial şəbəkələrdə eləcə də əhali arasında həkim olmayan bir çox qeyri professional şəxslər tərəfindən qızılca zamanı müxtəlif müalicə metodları, qulluq vasitələri haqqında məlumatlara rast gəlinir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva izləyicilərin “səpgilərə necə müdaxilə etmək olar, hansı vasitələrdən istifadə etmək lazımdır” sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, valideynlər də bu məlumatlara əsaslanaraq həkim nəzarəti olmadan özbaşına müxtəlif müalicə üsullarından istifadə edirlər:

“Xəstəlik zamanı dəriyə qulluq vasitələri, müxtəlif məlhəm və kremlərin əsassız istifadəsi səpgilərin daha da dərinləşməsinə səbəb olar və dəri səthində xoşagəlməz izlər buraxa bilər. Dəridəki qaşınmanı aradan qaldırmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır. Bədənin tibbi məhlulla (sintetik tanin) yuyulması tövsiyə olunur. Yataq dəsti və geyimlər təmiz olmalıdır. Konyunktivit zamanı həkim təyinatına əsasən müxtəlif damcılar məsləhət görülür”.

S.Mehdiyeva bildirib ki, xəstələr ağız və göz gigiyenasına riayət etməli və parlaq işıqdan qaçmalıdırlar:

“Qeyd edilənlərə düzgün riayət olunarsa, xəstəlik heç bir iz buraxmadan və fəsadsız keçib gedir”.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner