Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Keyfiyyətsiz və natəmiz gün eynəkləri gözdə müxtəlif virus xəstəlikləri yarada bilər

09.08.2021 23:38 1 926
Keyfiyyətsiz və natəmiz gün eynəkləri gözdə müxtəlif virus xəstəlikləri yarada bilər
Araşdırmalara əsasən, görmə qabiliyyətini zəiflədən amillərdən biri də sertifikatlaşdırılmayan, həkim tərəfindən təyin edilməyən gün eynəkləridir. Keyfiyyətsiz və natəmiz gün eynəkləri gözdə müxtəlif virus və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Viruslardan qorunmaq üçün eynəkləri təmiz saxlamaq lazımdır.

Median.Az
bildirir ki, həkim-oftamoloq, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva AZƏRTAC-a keyfiyyətsiz gün eynəklərinin fəsadları barədə danışıb.

Həkim-mütəxəssis bildirib ki, keyfiyyətsiz gün eynəkləri gözün bülluruna mənfi təsir göstərərək katarakta xəstəliyinin yaranmasına səbəb ola bilər: "Bu xəstəliyin eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, yetişmiş kataraktadan xilas olmağın yeganə yolu cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklərdən istifadə etməmək üçün həkim tövsiyəsi ilə düzgün diopteriyalı gün eynəkləri alınmalıdır".

Onun sözlərinə görə, mənşəyi məlum olmayan eynəklər də gözlər üçün olduqca ziyanlıdır: "Bundan başqa, viruslardan qorunmaq üçün eynəkləri təmiz saxlamaqdan ötrü gigiyenik qaydalara əməl etmək və düzgün təmizləmə texnikasından istifadə etmək lazımdır. Bütün növ eynəklər gözə hansısa virusun düşməməsi üçün hər gün istifadədən əvvəl və sonra maye-sabunla və su ilə yuyulub təmizlənməlidir. Spirt tərkibli dezinfeksiyaedici məhlullar eynəklərdə müalicə məqsədilə təyin olunmuş örtükləri zədələyir. Ona görə də, təmizlik üçün yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Həmçinin bilmək lazımdır ki, şüşəsi zədələmiş eynəklər keyfiyyətsiz hesab edilir. Çünki ultrabənovşəyi şüalar eynəyin cızılmış hissələrindən gözə birbaşa təsir göstərir. Zədələnmiş eynəklərdən istifadə məsləhət görülmür".скачать dle 11.3

Son xəbərlər