Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Yayda dəriyə necə qulluq etmək lazımdır? - Həkim TÖVSİYƏSİ

04.06.2024 15:49 1 404
Yayda dəriyə necə qulluq etmək lazımdır? - Həkim TÖVSİYƏSİ
Yay ayları dəriyə xüsusi qulluq göstərməyi tələb edən dövrdür. İsti hava, günəş şüaları dəri sağlamlığı üçün bir sıra risklər yaradır.
 
Bəs dərimizi isti havadan və günəş şüasından necə qoruya bilərik?
 
Mövzu ilə bağlısfera.az-a danışan dermatoloq Nigar Abdullayeva bildirib ki, günəşdən qoruyucu kremlər yayda dərini qorumağın ən təsirli üsullarından biridir.
 
"Günəş şüasının təsirinin güclü olduğu dövrlərdə bu qoruyucular hər iki saatdan bir yenilənməlidir. Həmin məhsulların seçimi zamanı diqqətli olmaq lazımdır. Bu məhsullar həm ultrabənövşəyi A, həm də ultrabənövşəyi B xüsusiyyətlərinə malik olmalıdır. Ultrabənövşəyi B, əsasən, dəri xərçəngi və yanıqlarla, ultrabənövşəyi A isə dərinin qocalmasına qarşı mübarizə aparır. Ona görə də hər ikisini ehtiva edən günəş kremi seçmək vacibdir. Ayrıca həkimin tövsiyəsi ilə dərinin ehtiyaclarına uyğun olaraq nəmləndiricinin altına çəkilən yüngül zərdablar da parlaq bir dəri üçün faydalı ola bilər”.
 
Dermatoloq qeyd edib ki, insanların əksəriyyəti yorğunluq səbəbindən üz dərisini təmizləmədən yatmağa meyilli olur.
 
“Lakin bu, düzgün deyil. Makiyaj həm dərinin tez qocalmasına, həm də səpgilərin yaranmasına səbəb olur. Bununla belə, dərini hər gün təmizləmək, nəmləndirmək və günəş kremindən istifadə etmək vacibdir. Dərinin gözəlliyi sadəcə xarici qulluqdan asılı deyil. Yediyimiz qidaların da dəriyə təsiri var. Bu baxımdan sağlam qidalanmaq da vacib faktorlardan biridir”.скачать dle 11.3

Son xəbərlər