Mojo.az Banner
SON DƏQİQƏ
17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Telefon və kompüterdən istifadə edənlərə VACİB XƏBƏRDARLIQ: saat 11-də...

24.04.2019 23:58 2 718
Telefon və kompüterdən istifadə edənlərə VACİB XƏBƏRDARLIQ: saat 11-də...
Günəşin ultrabənövşəyi A və B şüaları ilə yanaşı, infraqırmızı şüa buraxan Floresan işığı və kompüter, mobil telefon kimi cihazlar da insan dərisinə ciddi zərər verir. Bu səbəbdən, sadəcə yay aylarında çölə çıxarkən deyil, qapalı məkanlarda da Günəş şüalarından qoruyan kremlərdən istifadə etmək lazımdır.

Median.Az
xəbər verir ki, Günəş dərinin qocalmasının ən əsas səbəblərindəndir. İnsan dərisi zamana uduzduğu kimi, Günəş şüalarına məruz qaldıqca da illərlə toplanan zərərlər gözlə görünən təsirə malik olur.

Aparılan araşdırmalar göstərir ki, bir insanın dünyaya gəlməsindən etibarən ilk 20 ilində qəbul etdiyi Günəş şüası həyatı boyunca aldığı Günəş şüasının 80%-ni təşkil edir. Bu səbəbdən, xüsusilə, körpə çağlarından etibarən Günəşdən qorunmağın əhəmiyyəti vurğulanır.

Günəş işıqlarından qorunmaq sadəcə dərinin yaşlanmasının qarşısını almaq məqsədilə deyil, digər dəri xəstəliklərinin yaranmasını əngəlləmək üçün də vacibdir. Günəş bəzi dəri xəstəliklərini və sızanaq kimi problemlərin böyüməsində təsirlidir. Günəşdən yetəri qədər qorunmamaq dərinin rəng tonunun müxtəliflərşməsinə, ləkələrin yaranmasına və kapilyar damarların genişlənməsinə gətirib çıxarır.

Hər şəhərin Günəş işığının maksimum olduğu bəlli saatlar vardır. Məsələn, Bakı üçün bu saat 11:00-dır. Bu zaman insan dərisinin 10-15 dəqiqə Günəş şüası qəbul etməsi gündəlik D vitamininin təmin olunmasına kifayət edir. Bundan sonra gün ərzində istifadə olunan Günəş kremləri D vitamini çatışmazlığı yaratmaz.

Uşaqlarda mütləq 6 aylığından sonra Günəş kremindən istifadə edilməlidir. Krem açıq havaya çıxmadan 20 dəqiqə öncə çəkilməlidir. Təsiri bir müddət sonra keçdiyi üçün 3 saatdan sonra yenilənməlidir.

Günəş kremləri üzün bütün nahiyələrinə, həmçinin, qulaq, ənsə, dodaqlar və boğaz bölgələrinə eyni qaydada çəkilməlidir. Saç tökülməsindən əziyyət çəkən insanlar da saçların çıxmadığı yerə mütləq Günəş kremi çəkməlidir. Mütəxəssislər Günəş kremindən istifadə zamanı qulaq-burun-dodaq faktorunu xüsusilə vurğulayır. Çünki dəri xərçənginin yaranmasının ən çox risk daşıdığı yerlər məhz bu bölgələrdir.

Günəş kremlərinin xərçəng riskini artırması məsələsi də insanları narahat edən problemlərdən biridir. Lakin Günəş şüalarından qoruyan kremlər satışa çıxarılmadan öncə dəfələrlə dermo-kosmetik testlərdən keçirilir. Buna görə də bu riskin olması aşağı faizlə qiymətləndirilir. (publika.az)скачать dle 11.3

Son xəbərlər