Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Astarada Azərbaycan-İran gömrük rəsmilərinin ilk görüşü olub

10.01.2024 14:50 1 044
Astarada Azərbaycan-İran gömrük rəsmilərinin ilk görüşü olub
Astarada Azərbaycan-İran sərhədində avtomobil körpüsündə gömrük idarələrinin rəhbərlərinin ilk görüşü olub.

Bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyindən xəbər verilib.

Bildirilir ki, görüşdə yeni sərhəd körpüsündən keçən yük maşınlarının sayının artması və keçidin sadələşməsi barədə fikir mübadiləsi aparılıb.

Məlumatda vurğulanır ki, İranın Astara gömrük idarəsinin baş direktoru Əlihüseyn Zülqədri hər iki ölkənin Astara sərhəd-gömrüyünün yaratdığı imkanlardan maksimum şəkildə istifadə edə biləcəyinə ümidini ifadə edib.

O, yeni sərhəd körpüsünün Azərbaycan və İranla yanaşı, digər qonşu dövlətlər, həmçinin Avrasiya ölkələri arasında yeni ticari və kommersiya mübadiləsinin həcminin artırılması üçün əlverişli imkanlar yaratdığını, ümumiyyətlə Şimal-Cənub Beynəlxalq Dəhlizində önəmli rola sahib olduğunu vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin dekabrın 30-da Azərbaycan-İran sərhədində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub.

Körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni dörd metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4 500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb.скачать dle 11.3
Mojo.az Banner