Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xankəndidə 15-dən çox avtomat aşkarlandı

10.01.2024 11:57 2 154
Xankəndidə 15-dən çox avtomat aşkarlandı
Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı, iki ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, iki ədəd patrontaş, 12 ədəd süngü-bıçaq, 6 635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Son xəbərlər