Mojo.az Banner
Left Banner
Right Banner

Seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin SİYAHISI açıqlanıb

09.01.2024 12:44 2 106
Seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin SİYAHISI açıqlanıb
Növbədənkənar prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı məlum olub.

Иununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.

Qurumun rəsmi saytında yerləşdirilən siyahıya əsasən, şəhər və rayonlarda 125 seçki dairəsi üzrə daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.

MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir.скачать dle 11.3
Mojo.az Banner