Mojo.az Banner
18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan “Taliban”ı qadağa siyahısından çıxarıb

29.12.2023 14:42 5 205
Qazaxıstan “Taliban”ı qadağa siyahısından çıxarıb
Qazaxıstan hakimiyyəti Əfqanıstanın “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

“Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün onu nəzərdən keçirir. Qeyd olunan proses çərçivəsində BMT-nin təcrübəsinə uyğun olaraq “Taliban” hərəkatının bu siyahıdan çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə uyğun olaraq “Taliban” hərəkatı BMT TŞ tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısına daxil edilməyib”, - deyə Smadiyarov izah edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazaxıstanla “Taliban” arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyinə dair sualı da cavablandırıb.

“Siyasi əlaqələrə gəldikdə, vurğulamaq istərdim ki, Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş qərar və qətnamələrə ciddi şəkildə əməl edəcək”, - deyə o qeyd edib.

Mənbə: TASSскачать dle 11.3
Mojo.az Banner