Mojo.az Banner
22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada "Taliban"la bağlı təklif irəli sürüldü: Putin hansı qərarı verəcək?

27.05.2024 17:19 1 407
Rusiyada

"Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə məlumat verib ki, "Taliban" hərəkatı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər".

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Asiya İkinci Departamentinin direktoru Zamir Kabulov deyib.

Onun sözlərinə görə, bu olmadan hərəkatın tanınması barədə danışmaq tez olacaq.

"Bu (qadağan olunmuşlar siyahısından "Taliban"ın çıxarılması - red.) məcburidir. Bunsuz hərəkatın tanınması haqqında danışmaq tez olacaq. Ona görə də bu məsələ üzərində işlənilməsinə davam edilir. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Biz qərarın qəbul olunmasını gözləyirik", - deyə Kabulov bildirib.

Diplomat onu da əlavə edib ki, Rusiya hərəkat nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edib. Onun sözlərinə görə, "Taliban" Rusiyanın neft məhsulları ilə maraqlanır. Forumda Əfqanıstanın tranzit potensialı ilə yanaşı, bu mövzu da müzakirə oluna bilər.

Mənbə: NEWS.ru
скачать dle 11.3
Mojo.az Banner