Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsi zəifliyinin göstəricisidir" - RƏY

28.12.2023 19:57 1 380
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev Fransanın Azərbaycan diplomatlarını “arzuolunmaz şəxs” elan etməsini onun zəifliyinin göstəricisi hesab edir.

O, "Report"a açıqlamasında bildirib ki, Emmanuel Makronun prezidentliyi dövründə Fransa siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb: "Fransa qoşunlarının dörd Qərbi Afrika ölkəsindən qovulması, müstəmləkə ərazilərində Fransa hakimiyyətinə qarşı etirazların güclənməsi, ölkə daxilində aparılan islahatların uğursuzluğu və daxildə səngimək bilməyən etirazlar Fransa hökümətini iflic vəziyyətə gətirib. İş o yerə çatıb ki, prezident Makron sosial təminat sahəsində “islahat” adı altında həyata keçirdiyi qanun dəyişikliklərini parlamentdə müzakirə edilmədən imzalamağa məcbur olub".


C.Feyziyev deyib ki, Fransanın beynəlxalq siyasət istiqamətində bütün cəhdləri uğursuzluqla nəticələnib: "Şərqi Aralıq dənizində Türkiyə- Yunanıstan ixtilafına uğursuz müdaxilə cəhdi, Liviyada Türkiyə ilə rəqabəti birdəfəlik uduzması, Rusiya-Ukrayna müharibəsinə birmənalı olmayan dəyişkən münasibəti Fransanı dəfələrlə beynəlxalq miqyasda biabır edib. Son üç ildə ölkəmizə qarşı Ermənistanın haqsız mövqeyini BMT Təhlükəsizlik Şurasında dəstəkləmək cəhdləri də digər üzv dövlətlər tərəfindən dəfələrlə rədd edilib. Bütün bunlar Fransa siyasətinin bütün istiqamətlərdə yarıtmaz olduğunu göstərir".

Milli Məclisin üzvü, həmçinin vurğulayıb ki, Makron hökümətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir: "O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına “cavab addımı” kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə isübut olunmuş faktdır. Lakin Fransa hökümətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa höküməti tərəfindən iki diplomatımızın “arzuolunmaz şəxs” elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir".
скачать dle 11.3
Mojo.az Banner