Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbsxanada ədliyyə zabitini yandıran məhbusa cəza verildi

27.12.2023 18:07 1 131
Həbsxanada ədliyyə zabitini yandıran məhbusa cəza verildi
Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində ədliyyə zabitinə qarşı zorakılıq etmiş məhbusa növbəti hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan məhbus, 1966-cı il təvəllüdlü V.Eyyubov (şərti - red.) dəhlizin nəfəsliyindən tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən ədliyyə mayorunun üzərinə qaynar su töküb.

İkinci dərəcəli termiki yanıq xəsarəti alan ədliyyə zabitinə tibbi yardım göstərilib.

Bundan sonra məhbus barəsində Cinayət Məcəlləsinin 317.3-cü (Cəzaçəkmə müəssisəsi əməkdaşına zor tətbiq etmə) maddəsi ilə iş açılıb. 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən və 3 il 6 ay müddətinə həbs edilən şəxsin barəsindəki yeni cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ədliyyə zabiti V.Eyyubovun müəssisənin qaydalarını pozduğunu bildirib və bu səbəbdən onun cərimə təcridxanasına salındığını, daha sonra isə qisas məqsədilə ona qaynar su ataraq xəsarət yetirdiyini deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhbusa yeni cinayət işi üzrə 7 il 6 ay həbs cəzası verilib. Onun əvvəlki cinayət işindən 1 il 8 ay həbs müddəti ilə yeni hökm birləşdirilərək yekunda 8 il həbs cəzası təyin edilib.скачать dle 11.3
Mojo.az Banner