Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur rusiyalı sənətçi Lolitaya çılpaq toplantıdan sonra cəza veriləcək: “Dözməyə çalışacağam...”

27.12.2023 16:00 1 569
Məşhur rusiyalı sənətçi Lolitaya çılpaq toplantıdan sonra cəza veriləcək: “Dözməyə çalışacağam...”
Məşhur rusiyalı sənətçi Lolita Milyavskaya, bloqer Anastasiya İvleyevanın təşkil etdiyi “çılpaq gecədə” iştirakından sonra televiziya verilişlərindən kənarlaşdırılmasını təbii hal kimi qəbul edib.

Bu barədə o, RBC nəşrinə müsahibəsində danışıb.

“Mən bununla bağlı heç nə edə bilmirəm, sadəcə təbii şəkildə bununla razılaşa bilərəm. Mən buna görə kədərləndim, təzyiqim də qalxdı. Dözməyə çalışacağam”, - deyə Milyavskaya bildirib. Məlumata görə, Rusiya telekanalları Lolitanın və müzakirəsi gedən şənliyin digər iştirakçılarının çıxışlarının efirdən çıxarılmasını nəzərdən keçirir. Tədbirdən çəkilən foto və videomateriallar ictimai rezonansa səbəb olub.

Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, çox güman, üzrxahlıq videosunu çəkən sənətçilər verilişlərdə arxa planda qalacaqlar, lakin onların səhnədəki çıxışları həqiqətən sual altındadır.

Xatırladaq ki, dekabrın 21-nə keçən gecə “Mutabor”da televiziya aparıcısı Anastasiya İvleyeva qonaqlıq təşkil edib və qonaqlara “praktiki olaraq çılpaq” gəlmələri təklif olunub. İvleyevanın şənliyi internetdə narazılığa səbəb olub. Dövlət Dumasının deputatı Mariya Butina bildirib ki, yoxlama aparılması və şənliyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi, “Roskomnadzor” və Mədəniyyət Nazirliyinə müraciət edib. Dumanın İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn qeyd edib ki, “Roskomnadzor” İvleyevanın internetdə yerləşdirdiyi “çılpaq şənliyin” bəzi materiallarında LGBT təbliğatının əlamətlərini görür. Deputat onu da qeyd edib ki, tənzimləyici artıq bu məzmunda paylaşımları silməyə və bloklamağa başlayıb.скачать dle 11.3
Mojo.az Banner