Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad İsayev Türkiyədə başqa ad altında tutuldu - FOTO

14.12.2023 13:04 3 270
Azad İsayev Türkiyədə başqa ad altında tutuldu - FOTO
Türkiyənin hüquq-mühafizə orqanlarının İstanbulda tutduğu və ilkin olaraq Albaniya pasportlu iş adamı Dionis Şaholli kimi təqdim edilən şəxslə bağlı maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, tutulan “albaniyalı” biznesmenin əslində azərbaycanlı iş adamı Azad İsayev olması müəyyənləşib. Belə ki, onun Albaniyaya məxsus pasportla yanaşı, özünü Rusiya vətəndaşı Həmzət İsmayılov kimi də təqdim etdiyi məlum olub.

Bildirilib ki, beynəlxalq yükdaşımalar sahəsində fəaliyyət göstərən iş adamından polisə dələduzluq və hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı şikayətlər daxil olub.

Saxlanılan şəxs İstanbul Bakırköy və Küçükçekmece bölgə prokurorluğunda dindirilərkən Rusiya vətəndaşlığına malik olduğunu və bu ölkədən Həmzət İsmayılovun adına pasport aldığını təsdiqləyib.

Qeyd edək ki, Azad İsayev müğənni Röyanın dostu kimi tanınıb. Sosial şəbəkələrdə onların birlikdə çəkilmiş fotoları var. 1984-cü il təvəllüdlü Azad İsayev Röya və digər azərbaycanlı müğənnilərin ifasında bir neçə mahnının sözlərinin müəllifidir.

2012-ci ildə Azərbaycanı tərk etdikdən sonra İstanbulda beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətə rəhbərlik edən A.İsayevin 2013-cü ildə İstanbulda qəzada ölməsi barədə məlumatlar yayılıb. Lakin sonradan onun qəzaya düşməsi xəbərləri təsdiqlənsə də, sağ qaldığı məlum olub.

Onunla bağlı digər xəbərlər isə axtarışda olması ilə əlaqədardır. Belə ki, bir neçə il əvvəl onun barəsində Nərimanov Rayon Polis İdarəsinə edilən şikayət əsasında A.İsayevə qarşı dələduzluq ittihamı ilə cinayət işi açılıb. Bundan sonra həmin şəxs beynəlxalq axtarışa verilib.





скачать dle 11.3
Mojo.az Banner