Mojo.az Banner
22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |     20:55 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     20:46 Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı qərar  |     20:41 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     20:35 Azərbaycanda həkim vəfat etdi  |     20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Polad Bülbüloğlu yaponiyalı həmkarı ilə görüşdü

13.12.2023 22:07 1 875
Polad Bülbüloğlu yaponiyalı həmkarı ilə görüşdü
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Yaponiyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Akira Mutonu qəbul edib.

Səfirlikdən verilən məlumata görə, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Polad Bülbüloğlu həmkarına uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri və nəticədə Azərbaycan Respublikasının öz ərazisi üzərində suverenliyini tamamilə bərpa etməsi barədə ətraflı məlumat verib.
Yaponiya Səfirinin diqqətinə erməni əhalisinin könüllü şəkildə köçməsi ilə bağlı Azərbaycan tərəfinin həyata keçiridiyi humanitar tədbirlər barədə məlumat çatdırılıb.
Bu xüsusda, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyi vurğulanıb.
Azərbaycanın səfiri Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası ilə bağlı ölkəmizin təklifləri barədə ətraflı məlumat verib. O, Xankəndində müvafiq dövlət strukturları tərəfindən humanitar və sosial yardımların göstərilməsini davam etdirdiyini diqqətə çatdırıb, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı barədə məlumat verərək bunun iki ölkə arasında etimad guruculuğunun möhkəmləndirilməsi istiqamətində ilk addımın olduğunu bildirib. Səfir xüsusilə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsinin yeganə yoludur.
Söhbət zamanı cənab Akiro Muto Naxçıvandan nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə maraqlanıb. Cavab olaraq Yaponiya səfirinə bununla bağlı mövcud məlumat verilib, İran ərazisindən hazırda yolun inşa işlərinin aparıldığını bildirib və xüsusilə Azərbaycanın regionda bütün kommunikasiyaların tezliklə bərpası və açılmasının tərəfdarı olduğu qeyd edilib.
Bununla yanaşı Səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib.
Daha sonra, Azərbaycan və Yaponiya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yaponiyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Görüşün sonunda səfir Akira Mutoya Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib. (APA)скачать dle 11.3
Mojo.az Banner