Mojo.az Banner
20:18 Azərbaycanda bu tələbələr digər universitetlərə köçürüləcək  |     20:09 "Telegram"ın qurucusu terrorçular siyahısına daxil edildi  |     20:02 "Kəpəz"dən yeni transfer  |     19:56 Lənkəranda 11 otaqlı yaşayış evində yanğın  |     19:51 Azərbaycanlı tələbədən növbəti uğur  |     19:44 Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO  |     19:38 Kondisionerdən istifadə edənlərə xəbərdarlıq  |     19:30 Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi  |     19:25 "Yanlış idarəetmə Space TV-ni çətin vəziyyətə saldı"  |     19:17 Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək  |     19:11 Bu tərəvəzləri birlikdə yemək təhlükəlidir - Qastroenteroloqdan açıqlama  |     19:04 Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq  |     18:59 Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu  |     18:50 500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir  |     18:45 Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb  |     18:37 Xərçəng əlaməti ola biləcək 3 əsas SİMPTOM  |     18:31 Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...  |     18:22 Qaxda iki avtomobil toqquşdu - Ölən var  |     18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |    
Left Banner
Right Banner

İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

13.12.2023 15:55 2 547
İlham Əliyev Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev dekabrın 13-də Bakıda keçirilən Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Müraciətdə deyilir:

“Əziz gənclər!

Sizi - Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Forumun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz ulu öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirib və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə edib. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirib, cəmiyyətin etimadını layiqincə doğruldub.

Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olublar. Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi var.

İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, ulu öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz”.скачать dle 11.3
Mojo.az Banner