Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Diqqət: bu əlamətlər varsa, deməli telefonunuz izlənilir

12.12.2023 21:10 1 266
Diqqət: bu əlamətlər varsa, deməli telefonunuz izlənilir
Finlandiyadan olan peşəkar bir haker bildirib ki, telefonunuzun ekranında yaşıl və ya narıncı nöqtənin görünməsi və ya cihazınızın həddən artıq qızması onun "izlənildiyi" mənasına gələ bilər.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, kibercinayətkarlar rəqəmsal dünyanın kölgəsində gizlənsələr də, bəzi sadə əlamətlərdən kimsənin telefonunuza daxil olmağa çalışdığını və ya təhlükəli proqram quraşdırdığını müəyyən edə bilərsiniz.

Finlandiyanın KyberVPK kibertəhlükəsizlik təşkilatı tərəfindən peşəkar haker kimi təlim keçmiş Laura Kankaala insanların təhlükəsizliyini qorumaq üçün kibercinayətkarların istifadə etdiyi üsullardan istifadə edir. "Qara papaqlı" cinayətkarlardan fərqli olaraq "ağ papaq" kimi tanınan Kankaala, Britaniyanın "Dailymail" qəzeti ilə ortalama bir istifadəçinin təhlükəsiz qalmasına kömək edəcək məsləhətləri bölüşüb.



Ekranda yaşıl və ya narıncı nöqtə

Kankaalaya görə, birinin telefonunuza daxil olmağa çalışdığını və ya təhlükəli proqram quraşdırdığını anlamaq düşündüyünüz qədər çətin deyil. O, Android telefonlarının ekranlarının yuxarı hissəsində yaşıl nöqtənin və iPhone-larda narıncı nöqtənin birinin sizi izlədiyi mənasına gələ biləcəyini deyir:

"Bu xəbərdarlıq nöqtələri cihazın mikrofonu və ya kamerası istifadə edildikdə görünür və kiminsə telefonunuzu izləmək üçün zərərli proqramdan istifadə etdiyinə dair xəbərdarlıq əlaməti ola bilər".

​Mesajlarınızı oxuyub yerinizi izləyə bilərlər

Zərərli proqramlar mikrofonunuz vasitəsilə səs yaza, mesajlarınızı oxuya və ya yerinizi izləyə bilər. Kiberhücumdan şübhələnən istifadəçilərə tətbiqlərini nəzərdən keçirməyi tövsiyə edən Kankaala deyir ki, naməlum proqramları silmək, virusları skan etmək və ya telefonu zavod parametrlərinə qaytarmaq kömək edə bilər:

"iPhone-larda siz İdarəetmə Mərkəzinə daxil olub, hansı proqramların kamera və ya mikrofondan istifadə etdiyini yoxlaya bilərsiniz."

Cihazın həddən artıq qızması da bir əlamətdir

Finlandiyalı haker bildirib ki, cihazın həddindən artıq istiləşməsi də telefonunuzda zərərli proqramın quraşdırıldığına işarə ola bilər.

"Daimi məkan paylaşımı aktivləşdirildikdə, telefonunuzun batareyası anlaşılmaz sürətlə tükənir və siz telefonunuzun istiləşdiyini hiss edə bilərsiniz. Bəzən telefonunuzda quraşdırdığınızı xatırlamadığınız qəribə görünüşlü proqramlar tapa bilərsiniz. Kimsə sizə bu proqramlar üçün link göndərmiş ola bilər və siz onları səhvən quraşdırmış ola bilərsiniz. Kamuflyaj olmaq üçün bəzi zərərli proqram adlarını telefon parametrlərinə və ya qanuni olduqlarını düşündürən başqa hər hansı bir şeyə dəyişdirirlər. Bu proqramları birbaşa silmək çətin, hətta qeyri-mümkün ola bilər".

Sürətli davranmaq çox vacibdir

"Əgər bankınızdan və ya sosial media proqramlarından tez-tez parolunuzu dəyişdirmək istəyib-istəmədiyinizi soruşan e-poçtlar almağa başlamısınızsa, bu, kiminsə məlumatlarınızı oğurlamağa çalışdığına işarə ola bilər", - deyən Kankaala belə vəziyyətlərdə sürətli hərəkət etməyin çox vacib olduğunu vurğulayır:

"Kibercinayətkarın məlumatlarınıza daxil olmaq üçün mütləq telefonunuzu sındırmasına ehtiyac yoxdur. Onlayn xidmətlərinizə və telefonunuzda istifadə etdiyiniz sosial media proqramlarına daxil olmaq da onlar üçün kifayət edəcək."скачать dle 11.3
Mojo.az Banner