Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlətə xəyanət etmiş şəxsə cəza verildi

12.12.2023 17:42 2 010
Dövlətə xəyanət etmiş şəxsə cəza verildi
2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yevlax rayon sakini Elnur M. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Elnur “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində vaqon baxıcısı vəzifəsində işləyib. O, 2022-ci ilin yanvar ayından İran xüsusi xidmət orqanları ilə maddi maraq qarşılığında əməkdaşlığa cəlb edilib və ümumilikdə 12-15 min manat pul alıb. Bu müddət ərzində xarici kəşfiyyat Elnura xüsusi avadanlıqlar verib və hərbi obyektləri izləyərək şəkillərini çəkməsi üçün fotoaparat alıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi tədbirlərlə Elnur M. 2022-ci ilin dekabr ayında tutulub və barəsində cinayət işi açılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 dekabr tarixli hökmü ilə ona 16 il həbs cəzası verilib.

Qeyd edək ki, bundan əvvəl xarici xidmət orqanlarına işləməkdə ittiham edilən digər şəxslər Faiq Zeynalov, Etibar Məmmədzadə və Tural Məmmədov Elnurun Yevlaxda kirayə tutduğu evə gizli daxil olaraq onun agentura məlumatlarının toplandığı notbukunu ələ keçirməyə cəhd ediblər. Sözügedən şəxslərin saxlanılması ilə bağlı DTX bu ilin martında rəsmi məlumat yayıb.скачать dle 11.3
Mojo.az Banner