Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir

11.12.2023 18:00 3 186
Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir
“Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir”.

Bunu “Trend”ə müsahibəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov deyib.

Hava limanında həyata keçirilən və perspektivdə olan infrastruktur layihələrindən danışan direktor nəqliyyat vasitələrinin giriş-çıxışı və parklanma xidmətləri üçün proqram və texniki təminatın modernləşdirilməsinə diqqət çəkib.

Qeyd olunub ki, artıq ziyarətçilər parklanma haqqını həm ödəniş terminallarında nağd və nağdsız şəkildə, həm də onlayn ödəyə bilirlər. Giriş-çıxışda tətbiq olunan yeni sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyasına əsaslanır ki, bu isə öz növbəsində, vaxt itkisinin qarşısını alır.

Teymur Həsənov, həmçinin, Bakı hava limanında innovativ layihə olan “e-Gate” - minikdən əvvəl təhlükəsizlik baxışı prosesinin avtomatlaşdırılması sisteminin tətbiq mərhələsində olduğunu vurğulayıb. Bu sistem sayəsində sərnişinlər özləri uçuş öncəsi yoxlama zonasına, sadəcə, minik talonlarını toxundurmaqla daxil ola biləcəklər.

“Hava limanının müxtəlif zonalarında sərnişin axınının monitorinqi və optimallaşdırılması sistemi layihəsi - “Passenger Flow Management System” tədqiqat mərhələsindədir. Perspektivdə Heydər Əliyev Beynəlxalq Aeroportunun daxili infrastrukturunun yenilənməsi, gözləmə zallarının, restoran və mağazaların modernləşdirilməsi kimi hədəflər də var”, - deyə Bakı hava limanının direktoru əlavə edib.скачать dle 11.3
Mojo.az Banner