Mojo.az Banner
22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəlzələdən sonra böhran: Ürək xəstəliklərilə bağlı müraciət edənlər artıb, aralarında tələbələr də var

09.12.2023 14:56 1 440
Zəlzələdən sonra böhran: Ürək xəstəliklərilə bağlı müraciət edənlər artıb, aralarında tələbələr də var
“Dekabrın 7-də baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfil miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stres hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur”.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında institutun direktoru, professor Gülnaz Dadaşova deyib.

Müraciət edənlərin yaş qrupları barəsində məlumat verən G.Dadaşova onların arasında tələbələrin də olduğunu deyib.

“İnstitut 18 yaşdan yuxarı vətəndaşlara tibbi xidmət göstərir. Zəlzələdən sonra müxtəlif yaş qruplarından çoxsaylı müraciətlər qeydə alındı. Onlar arasında tələbələr, yaşlı insanlar, ürək, beyin patologiyalarından, şəkərli diabetdən əziyyət çəkənlər var idi. İndiyə qədər təzyiqdən şikayət etməyənlərdə təzyiqin artması müşahidə olunmuşdu. Hətta şəkərli diabeti olmayanlarda həmin xəstəliyin yaranması qeydə alınıb”, - deyib.

G.Dadaşova bildirib ki, səhiyyənin bu qədər innovativ yenilikləri olmasına baxmayaraq, bütün dünyada ürək-damar xəstəlikləri həm ölüm, həm də əlilliyə gətirib çıxaran bir nömrəli qlobal patologiyadır. Hətta COVID-19-un tüğyan elədiyi dövrlərdə də göstəricilər dəyişmədi. Bu da ürək-damar sistemi xəstəliklərinin nə qədər ciddi problem olduğunu göstərir.

“Patologiyaların sayının artmasında bizdən asılı olmayan səbəblər də var. Ətraf mühit hadisələri, ekoloji amillər, stres faktorları, fors-major hallar, düzgün qidalanmamaq, zərərli vərdişlər, energetik içkilər burada rol oynayır. Bizdən asılı olan səbəbləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlər keçirir, əhalini, xüsusilə də gəncləri zərərli vərdişlərdən, energetik içki qəbulundan çəkindirməyə çalışırıq”, - deyə institut direktoru bildirib.скачать dle 11.3
Mojo.az Banner