Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

COVİD-19-un yeni ştamı yayıldı - 90 nəfər öldü

29.11.2023 21:02 1 143
COVİD-19-un yeni ştamı yayıldı - 90 nəfər öldü
Rusiyada əhalinin COVİD-19-a qarşı kütləvi immunitet qazandığı düşünülsə də, son həftədə ölkədə yoluxma sayı sürətlə artmağa başlayıb.

Median.Az
Publika.az-a istinadən xəbər verir ki, son bir həftə ərzində koronavirusdan 90 nəfər öldüyü açıqlanıb. Koronavirus İnfeksiyası ilə Mübarizə üzrə Federal Əməliyyat Qərargahı bildirib ki, COVİD-19-un yeni variantı sürətlə artır.

Son bir həftədə əhalinin hər 100 min nəfərində yeni koronavirus infeksiyasına yoluxma nisbəti 54,47 olub və əvvəlki həftə ilə müqayisədə 32,8% artıb. Hesabatda qeyd olunub ki, Moskva da daxil olmaqla 27 bölgədə COVİD orta hesabla daha sürətlə yayılır.

Ölənlərin kimliyi ilə bağlı məlumatlar açıqlanmır, lakin BMT baş katibinin keçmiş müşaviri Kofi Annan, mikrobioloq və diplomat, BMT-nin Bioloji və Kimyəvi Silahlar Komissiyasının keçmiş üzvü İqor Nikulin müsahibəsində yeni ştamın laboratoriya mənşəli olduğunu və əsasən slavyanlara təsir etdiyini iddia edib.

"Güman edirəm ki, COVİD ABŞ-dakı bioloji laboratoriyalarda tamamlanmağa davam edir. Şübhə yoxdur ki, Pentaqonun 400 laboratoriyası çörəyi elə-belə yemir. Əlbəttə ki, COVİD-in də daxil olduğu RNT genomu olan viruslar DNT viruslarından daha dəyişkəndir, lakin üç il ərzində mindən çox variant meydana gətirəcək dərəcədə deyil. Bu təbiətdə heç vaxt qeydə alınmamışdı. Təbii bir virus üç ildə beş mutasiya yarada bilər, bəlkə də daha çox, amma minlərlə deyil.

Rusiyada hələ bu barədə danışmırlar, amma dünyada artıq aşkar edilib ki, bəzi kovid ştamları monqoloidlərə təsir edir, lakin avropalılar və afrikalılar onlardan ciddi əziyyət çəkmirlər. Xəstələnəndə isə ya çox yüngül keçirirlər, ya da ölümcül olmur. Çinlilər isə kəşf ediblər ki, onları yoluxduran, lakin avropalıları narahat etməyən müxtəliflik var. Onlar bundan şübhələndikləri üçün kovidin laboratoriya mənşəyini sübut etdilər.

Biz çoxdan təxmin edirdik ki, yalnız slavyan qrupunun avropeoidlərinin və İranda əhalinin genetikasına uyğunlaşdırılmış ştam olacaq. Güman edirəm ki, indi slavyanlar onlar üçün hazırlanan COVİD-dən əziyyət çəkirlər. Qafqaz respublikalarında xəstələnmə səviyyəsinin ölkə üzrə orta göstəricidən aşağı olduğunu, məsələn, Kirov vilayətində daha yüksək olduğunu başqa necə izah etmək olar. Təsadüf?", - İqor Nikulin açıqlamasında vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, kifayət qədər çox sayda insanın olduğu dar bir məkanda virusun yoluxuculuğu daha yüksəkdir və xəstəliyi bu yolla yaymaq daha asandır:

"Bir aerozol qutusundan sprey sıxa bilərsiniz, sonra insanların üçdə ikisi xəstələnəcək və bunu özləri yaymağa başlayacaq.

Amerikalıların İranda etdiyi kimi, kondisioner sistemindən istifadə etmək olar. Orada xəstələnən nə sıravi vətəndaşlar, nə də turizm mərkəzlərindəki əcnəbilər idi, qapalı ərazilər - hökumət binaları, Baş Qərargah idi. Xəstəlik Qum şəhərinin ayətullahların yerləşdiyi hissədə yayılmışdı. Kənardan gələnlərin ora girmək imkanı yoxdur, orada hər şey bağlıdır, amma kondisioner sistemləri var. Agentlərin köməyi ilə bu obyektlər yoluxdurulub".

Qeyd edək ki, 2023-cü ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının sona çatdığını elan etdi, lakin avqust ayında dünyanın bəzi ölkələrində yoluxma yenidən artmağa başladı. Cənubi Koreyada, İtaliyada, ABŞ-da, Böyük Britaniyada, Avstraliyada və Sinqapurda həyəcanverici statistikalar qeydə alındı. ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus brifinq keçirərək, əvvəlkilərdən daha sürətli yayılan yüzlərlə yeni ştamın ortaya çıxdığını bildirdi.

Üstəlik, müxtəlif ştamlar müxtəlif ölkələrə təsir etməyə başladı. Məsələn, başqa yerlərdə tüğyan edən "kraken" və "pirola" ştamları "eris"in müəyyən edildiyi 57 ölkədə qeydə alınmamışdı. O zaman Rusiyadan COVİD yan keçdi. Həkimlər bunu peyvənd sayəsində əldə edilən kütləvi immunitet ilə izah etdilər.

Rusiyaya gələn yeni ştama hələ ad verilməyib. Həkimlər qeyd edib ki, COVİD-19-a yoluxduqlarını vaxtında bilən və yardım alanlardan pandemiya zamanı ölən olmayıb.
 скачать dle 11.3
Mojo.az Banner