Mojo.az Banner
16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qərbyönümlü” Paşinyan MDB və Aİİ sammitlərində iştirak edəcək

27.11.2023 21:20 2 136
“Qərbyönümlü” Paşinyan MDB və Aİİ sammitlərində iştirak edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda Sankt-Peterburqda baş tutacaq Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin ənənəvi qeyri-rəsmi və Avrasiya İqtisadi İttifaqı (Aİİ) liderlərinin rəsmi görüşündə iştirak edəcək.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistan mediasına açıqlama verib.

“Baş nazir dekabrın sonunda Sankt-Peterburqa qeyri-rəsmi görüşə (MDB) gələcək. O, həm də Avrasiya İqtisadi İttifaqının rəsmi sammitinə qatılacaq”, - deyə Uşakov bildirib.

Bu məlumatın etibarlı olub-olmaması ilə bağlı suala Rusiya Federasiyası prezidentinin köməkçisi belə cavab verib:

“Biz İrəvandan siqnal almışıq, dəqiq siqnal”.

Qeyd edək ki, bundan əvvəl N.Paşinyan Minksdə keçirilən Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşünə gəlməkdən imtina edib. Onun bu qərarı Ermənistanı Rusiyanın təsirindən qopararaq Qərbə yaxınlaşdırmaq cəhdi kimi təqdim edilib.

Lakin Moskvanın dominant olduğu MDB və Aİİ kimi qurumlarda rəsmi İrəvanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsi N.Paşinyanın “qərbyönümlülüyünü” şübhə altına alır. Bu, Ermənistan rəhbərliyinin əslində Rusiyadan uzaqlaşmaq niyyətində olmadığını, sadəcə öz riyakar siyasətilə həm Kreml, həm də Vaşinqton və Brüsseldən maksimum dividendlər əldə etməyi hədəflədiyini bir daha sübut edir.скачать dle 11.3
Mojo.az Banner