Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bir neçə rayona qar yağıb - FAKTİKİ HAVA

21.11.2023 20:19 2 568
Bir neçə rayona qar yağıb - FAKTİKİ HAVA
Noyabrın 21-i saat 17:00-a olan məlumata əsasən, Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Ləkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Şəkidə 22 m/s, Naftalanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.скачать dle 11.3
Mojo.az Banner