Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda körpü çöküb?

10.11.2023 20:23 1 524
Bakıda körpü çöküb?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iki küçənin kəşisməsində aparılan təmir işləri barədə daha bir açıqlama yayıb.
 
Qurumdan verilən məlumata görə, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda - Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi “20 Yanvar” dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur:
 
“Sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər”.
 
Qeyd edək ki, bir neçə gün əvvəl agentlik həmin ərazidə aparılacaq təmir işləri ilə əlaqədar sözügedən hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-dək nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə məlumat yaymışdı.скачать dle 11.3
Mojo.az Banner