Mojo.az Banner
20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |     19:56 Bu ölkə hər kəs üçün pulsuz mobil interneti işə salır - Dünyada ilk  |     19:50 19-cu əsr notları həll olunmayan sirrə çevrilib: Qədim musiqi necə səslənməlidir?  |     19:43 Keçmiş ədliyyə naziri vəfat edib - FOTO  |     19:38 İmişlidə kişi evi ilə birlikdə yandı  |     19:29 Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib  |     19:23 Ötən gün Azərbaycanda 11 qanunsuz silah aşkarlanıb  |     19:15 "Artemis II" missiyasının heyəti Yerə qayıtdı  |     19:10 Bazar günü yağış yağacaq  |     19:03 Keşlədə çökən kollektorun qəzalı hissəsi dəyişdirilir  |     18:56 AFFA oyunları təxirə saldı - SƏBƏBİ  |     18:49 Cəlilabadda 17 kq narkotik vasitə aşkarlandı  |     18:44 Işın Karaca Yunanıstandan deportasiya edildi  |     18:35 Bakı küçələri yuyuldu  |     18:30 Azərbaycanda bəzi şəxslər imtahansız işə qəbul ediləcək  |     18:22 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən üç nəfər saxlanılıb  |     18:15 Çiyələyə zəhərli maddələr qatdığını dedi, araşdırma başladıldı - Video  |     18:01 "Qarabağ" çempionluq yolunda növbəti xal itkisi ilə üzləşdi  |     17:45 Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi  |     17:40 "ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır" - Tramp  |    
Left Banner
Right Banner

Ukrayna MN polkovniki: “Azərbaycan tarixi ədaləti bərpa edib”

08.11.2023 12:33 1 008
Ukrayna MN polkovniki: “Azərbaycan tarixi ədaləti bərpa edib”
“Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü uğrunda necə mübarizə aparılmasının bariz nümunəsini göstərib. Doğrudur, Birinci Qarabağ müharibəsindən sonra problemlər var idi. Azərbaycan dövləti, Prezidenti düzgün nəticələr çıxardı. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığına, yeni hərbi texnika və silahların alınmasına üstünlük verildi, qələbə əldə olundu”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin polkovniki Volodimir Laquta bildirib.

Onun sözlərinə görə, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəliləyib:

“Buraya hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı yanaşma da daxildir. Bir sözlə, Azərbaycan hər zaman milli maraqlarını qoruyub. Odur ki, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəlilədi. Nəticədə o, tarixi ədaləti bərpa etdi. Bəli, bunun üçün uzun müddət, düz 30 il lazım oldu. Bəli, Azərbaycanda bütöv nəsillər, ailələr faciə ilə üzləşdilər. Bir çoxlarının Qarabağda evləri, qohumları var idi. Gənc olarkən yurdlarından didərgin düşmüş, amma yaşlı vaxtlarında öz torpaqlarına qayıdan azərbaycanlılarla bağlı videokadrlar görmüşəm. Nəticədə onların hansı hisslər keçirdiyinin şahidi olmuşam. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərdə Azərbaycanın Dövlət Bayrağını qaldırması ilə bağlı videokadrlar görmüşəm. Bu, azərbaycanlılar üçün qürur mənbəyidir”.

V.Laquta vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə sevinc hissləri yaşayıb:

“Bu, bir dövlətin öz milli maraqlarını necə qorumasının parlaq nümunəsidir. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmaq istəyən ilk ölkələrdən biri olub. Amma müstəqillik qazandıqdan sonra qanlı müharibə ilə üzləşdi. Birinci Qarabağ müharibəsində nələrin yaşandığını yaxşı xatırlayırıq. Bu müharibədə ukraynalılar da iştirak edib. Buraya azərbaycanlıları evakuasiyası ilə məşğul olmuş helikopterlərin pilotları daxildir. Onlar Azərbaycanın milli qəhrəmanlarıdır. Beləliklə, Azərbaycan xalqını bu tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edirəm. Bu, həqiqətən də Azərbaycan xalqı üçün böyük qələbədir”, - deyə, o, əlavə edib.скачать dle 11.3
Mojo.az Banner