Mojo.az Banner
19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |    
Mojo.az Avto
Mojo.az Avto

Premyer Liqa: “Qarabağ” “Kəpəz”i, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək

04.11.2023 14:25 3 858
Premyer Liqa: “Qarabağ” “Kəpəz”i, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun növbəti iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, ilk olaraq “Qarabağ” “Kəpəz”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 16:00-da başlayacaq. Ağdam təmsilçisi 20 xalla üçüncü, Gəncə klubu 6 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Günün digər matçında “Araz-Naxçıvan” “Sumqayıt”ın qonağı olacaq. “Kapital Bank Arena”da reallaşacaq görüş saat 18:00-da start götürəcək. Meydan sahibləri 15 xalla 7-ci, Naxçıvan təmsilçisi 20 xalla 4-cü sıradadır.

Azərbaycan Premyer Liqası

XII tur

16:00. “Qarabağ” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tofiq Bəhramov adına Respublika stadionu

18:00. ”Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Teymur Teymurov, Fərid Hacıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Emin Cəfərov.

“Kapital Bank Arena”

Qeyd edək ki, turun “Qəbələ” - “Neftçi” və “Sabah” - “Zirə” oyunları noyabrın 5-də gerçəkləşəcək. Ötən gün “Səbail” evdə “Turan Tovuz”u 2:1 hesabı ilə üstələyib.скачать dle 11.3
Mojo.az Banner