Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb

03.11.2023 21:30 1 092
AMEA-nın fəaliyyət istiqamətləri açıqlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyət istiqamətləri təsdiqlənib.

"Report" xəbər verir ki, Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:

- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;

- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;

- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;

- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.

Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.скачать dle 11.3
Mojo.az Banner