Mojo.az Banner
23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:07 Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım  |     21:59 Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO  |     21:53 Mərdəkanda faciə: Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi xilas edildi  |     21:45 Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı  |     21:40 FHN "Shopstore" MMC barəsində protokol yazdı, məhkəmə cərimə kəsdi  |     21:34 Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi  |     21:29 Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?  |     21:20 Ən çox məhsul istehsal edən rayonlarımız (TAM SİYAHI)  |     21:16 Sabah çimərliklərdə hava necə olacaq?  |     21:11 "Hakimə çatacaq" deyib 154 min manatdan çox pul aldı  |     21:04 Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi  |    
Left Banner
Right Banner

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

18.03.2025 19:07 690
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək.

Median.Az
President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının - Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.

"Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir", - Sərəncamda vurğulanıb.


Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının ölkədə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksəkixtisaslı kadrlar hazırlanmasında rolunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".скачать dle 11.3
Mojo.az Banner