Mojo.az Banner
19:45 Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq  |     19:32 "Range Rover"ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanıldı  |     19:29 Yer kürəsində maqnit qasırğaları ola bilər  |     19:26 Binədə marketlərə qənim kəsilən şəxs ələ keçdi  |     19:08 30 yaşlı polkovnik Kənan Əsədova yüksək VƏZİFƏ VERİLDİ - Generaldan TƏYİNAT  |     18:07 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     17:51 Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi - FOTO  |     17:20 Nikol Paşinyan: "Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası TRIPP layihəsinin həyata keçirilməsi üçün zəruridir"  |     17:06 Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ  |     16:26 Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyuldu  |     15:36 38 yaşlı kişi spirtli içkidən zəhərlənərək ölüb  |     15:34 Yeni metro stansiyaları hansı əraziləri əhatə edəcək? - Xırdalan istiqamətindən gələnlərə müjdə (Video)  |     15:19 Bakıdan Əbu-Dabiyə BİRBAŞA UÇUŞLAR başlayacaq  |     15:11 Ağcabədi və Xocavənddə ƏMƏLİYYAT: Saxlanılanlar var  |     13:46 Arvadını təhqir edən qonşusunu qaynı ilə birgə döyən şəxsə hökm oxundu  |     13:31 Elşad Xose həbs edildi  |     13:29 Naxçıvanda Heydər Əliyev Muzeyinin direktoru vəzifəsindən azad edilib  |     13:26 Azərbaycanda təhsil mərkəzinin vəzifəli şəxslərinin cinayət işinə xitam verildi  |     13:25 Əfsanəvi hokkeyçi Qlenn Holl vəfat edib  |     13:24 Polis iranlı narkotacirin kuryerini Bakıda YAXALADI - FOTO  |    
Left Banner
Right Banner

Xəyanətə görə ərini bıçaqlayan qadına cəza verildi

02.11.2023 15:38 1 053
Xəyanətə görə ərini bıçaqlayan qadına cəza verildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən D.Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 28-də saat 20 radələrində Göygöl şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva və əri, 1991-ci il təvəllüdlü E.Süleymanovla yaşadıqları evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə E.Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə kişi bədən xəsarəti alıb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə istintaqı zamanı D.Əliyeva elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əri ilə münasibətləri normal olsa da, bir neçə aydır aralarında E.Süleymanovun ona xəyanət etməsi səbəbindən mübahisələri olub. D.Əliyeva kişinin tanımadığı qadınla münasibəti olduğunu hadisədən bir neçə gün əvvəl həyat yoldaşının telefonunda olan şəkildən bilib. Qadın deyib ki, həmin vaxt da əri onu şillə ilə sağ gözündən və bədəninin müxtəlif nahiyəsindən vurmaqla döyüb.

Hadisə günü yaşadığı evin mətbəx otağında qayınatası və əri masada əyləşdiyi vaxtı eyni məsələ ilə bağlı yenidən E.Süleymanovla aralarında mübahisə yaranıb. Bu zaman qayınatası azyaşlı nəvəsini götürərək evdən bayıra çıxıb. Daha sonra əri qadını döyüb, hətta çörək qabı ilə başından vurub. D.Əliyeva da əsəbiləşdiyi üçün mətbəxdə olan bıçağı götürərək bir dəfə E.Süleymanovun qarın nahiyəsinə zərbə endirib. Xəsarət aldıqdan sonra əri onu buraxaraq kənara çəkilib və evdən çıxaraq həyətdə atasını səsləyib. E.Süleymanovun atası oğlunu xəstəxanaya aparıb. Bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş hadisə ilə bağlı ondan izahat alıblar. İstintaq dövründə D.Əliyevanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.скачать dle 11.3