Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Poçt bağlaması” adı ilə pulunu ələ keçirdilər: Bakı sakini dələduzluğun qurbanı olub - VİDEO

02.11.2023 12:07 1 095
“Poçt bağlaması” adı ilə pulunu ələ keçirdilər: Bakı sakini dələduzluğun qurbanı olub - VİDEO
“Bağlamanız anbara daxil olub, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmədi. Lütfən, linkdə ünvanınızı təsdiqləyin”.

Xezerxeber.az-ın məlumatına görə, son günlərdə bəzi şəxslərə “Azərpoçt”un adından bu cür mesajlar göndərilir. Sonra isə həmin keçidə daxil olan şəxslərin kart hesabları istənilir və dələduzluq əməli törədilir.

Paytaxt sakini Fuad Soltanlı da belə dələduzluğun qurbanlarından biridir.

Onun sözlərinə görə, sifariş verdiyi məhsulun gəldiyini zənn edərək göndərilən mesaja reaksiya verib.

Bundan sonra bank kartındakı pullar qəfildən yoxa çıxıb.

Məsələ ilə bağlı “Azərpoçt” MMC-nin şöbə müdiri Afaq İbrahimova bildirilib ki, bu cür hadisələrlə bağlı təkcə şənbə və bazar günlərində quruma 100-dən artıq müraciət daxil olub.

“Azərpoçt” rəsmisi tövsiyə edib ki, vətəndaşlar hər hansı bir şübhəli mesajla qarşılaşdıqları halda, “169” çağrı mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət etsinlər.

Ətraflı süjetdə:

Son xəbərlər