Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın mina terroru digər canlıları da məhv edir - Beynəlxalq təşkilatlara müraciət ünvanlanıb

01.11.2023 18:40 1 113
Ermənistanın mina terroru digər canlıları da məhv edir - Beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
“Azad edilmiş ərazilərdə minaya düşmüş daha bir ayının videosu yayılıb. Ermənistanın Azərbaycana qarşı mina terroru davam etməkdədir. Düşmənin bu terrorundan insanlarımızla yanaşı, heyvanlar da zərər çəkir”.

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən “Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi”nin sədri Qəmzə Yusubova bildirib ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru uzun illərdir davam edir.

“Ermənistanın ərazilərimizdə basdırdığı minalar nəticəsində insanlarla yanaşı, flora və faunamız da ziyan çəkir. Torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan ərazilərimizdə basdırdığı minaların dəqiq xəritəsini təqdim etməyib. Mina ilə çirklənmiş ərazidə heyvanların da minaya düşməsi gözləniləndir. Ayıların minaya düşməsi ilə bağlı yayılan görüntülər faktların çox az hissəsidir. Azad olunmuş ərazilərdə, demək olar ki, hər gün belə hadisələr baş verir”.

Q.Yusubova qeyd edib ki, həmkarlar təşkilatları olaraq bundan çox narahatdırlar.

“Bir neçə gün bundan qabaq bununla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətin cavabı gəlməmiş yeni bir fakt ortaya çıxır. Bu da ermənilərin mina terrorunu bir daha isbatlayır. Mina partlayarkən iri heyvanlarla yanaşı, minlərlə qarışqa yuvaları, böcəklər məhv olur. Cənubi Qafqazın ekoloji cəmiyyətləri birləşib Ermənistanın törətdiyi ekoloji terroru, təhdidi dayandırmalıdır. Dünya bu məsələdə birləşməli, həmrəy olmalı, Ermənistanın ekoloji terroruna son qoymalıdır. Biz bununla bağlı ciddi işlər görürük. Öz canlı aləmimizi, flora və faunamızı qorumaq iqtidarındayıq.

Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətləri nəticəsində kimyəvi tullantılar təmizlənmədən bizim su hövzələrimizə axıdılır və həmin su hövzələrində yaşayan bitki və heyvanlar aləmi məhv olur”, - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner