Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

“Facebook”da yazdığı rəyi bəyənməyən şəxsi öldürmək istəyən məktəbliyə AĞIR CƏZA

31.10.2023 15:42 864
“Facebook”da yazdığı rəyi bəyənməyən şəxsi öldürmək istəyən məktəbliyə AĞIR CƏZA
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səfər Omarovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, yeddi il altı ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səfər Omarov “Facebook”da dostluq etdiyi zərərçəkmiş Kərəm Kərəmlinin (şərti) 13 avqust 2022-ci il tarixdə həmin sosial şəbəkədə paylaşdığı statusa rəy yazıb. Zərərçəkmiş şəxs isə həmin rəyi bəyənməyərək mobil telefon vasitəsilə onunla sözlü mübahisə edib, yaşadığı Bərdə rayonuna çağıraraq, mütəmadi söyüb, təhqir edib. Səfər də bundan əsəbiləşərək qisas almaq niyyəti ilə qəsdən Kərəmi öldürmək qərarına gəlib. Belə ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Salyan rayonundan Bərdə şəhəri ərazisinə gələrək, həmin tarixdə, saat 19:30-da Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində asfalt yolun kənarında zərərçəkmiş şəxs ilə görüşüb. Səfər əvvəlcə sözlü mübahisə edib, daha sonra isə üzərində gəzdirdiyi cib bıçağını çıxararaq qəsdən Kərəmə ardıcıl səkkiz dəfə zərbə endirib və hadisə yerinə uzaqlaşıb.

Zərərçəkmiş şəxs ətrafdakıların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində xilas edilib. Hadisədən sonra Səfər Omarov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə Səfər Omarov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, evin tək övladı olub, hadisə zamanı Salyan rayon Marışlı kənd Ramiz Qafarov adına tam orta məktəbin 11-ci sinfində oxuyub.скачать dle 11.3
Mojo.az Banner