Mojo.az — elanlar
Son Xəbərlər
12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkidən Bakıya gətirilən və xəstəxanada ölən uşaqla bağlı - Araşdırma aparılır

28.10.2023 14:30 1 202
Şəkidən Bakıya gətirilən və xəstəxanada ölən uşaqla bağlı - Araşdırma aparılır
Şəkidən ağır vəziyyətdə Bakıya gətirilən və bir neçə gündür Kliniki Tibbi Mərkəzdə müalicə olunan 4 aylıq Ayla Mövlamlı ötən gün vəfat edib.

Bu barədə uşağın yaxını, jurnalist Almaz Qasımova sosial şəbəkə hesabında yazıb.

A.Qasımovanın sözlərinə görə, körpəni əvvəlcə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, xəstəxanadan növbətçi həkimin olmadığı bildirilib: “Körpə xəstələnib, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Axşam növbətçi həkimi axtarıblar, deyilib ki, həkim yoxdur, xəstəxanada həkim çatışmazlığımız var. Bir neçə gün ərzində həmin xəstəxanada bir neçə uşaq vəfat edib. İlkin müdaxilə yox, edilən müalicələr də yanlış...”

O qeyd edib ki, sonra uşağı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırıblar. Həkimlərin səylərinə baxmayaraq, vəziyyəti ağır olan körpə xəstəxanada vəfat edib.

Problemlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 11 iyun 2023-cü il təvəllüdlü Ayla Mövlam qızı Mövlamlı oktyabrın 22-si saat 20:22 radələrində ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: “Kəskin respirator virus infeksiyasının ağırlaşması diaqnozu” qoyulan xəstəyə ilkin zəruri tibbi yardım göstərilib. Xəstə daxil olarkən vəziyyəti çox ağır, bədən hərarəti 38-38,5 dərəcə, febril qıcolma tutmaları müşahidə olunub. Xəstənin vəziyyətinin ağırlıq dərəcəsi nəzərə alınaraq oktyabrın 23-də səhər saat 09:00 radələrində İntensiv terapiya və reanimasiya şöbəsinə köçürülüb, zəruri tibbi müdaxilələr aparılıb və rentgen müayinəsində hər iki ağciyərdə pnevmoniya aşkarlanıb. Eyni zamanda pnevmoniyanın ağırlaşması kimi “toksik ensefalopatiya” diaqnozu qoyulub.

Xəstəni yaxınları Bakıya təxliyə etmək istəsələr də, qıcolmaların intensivliyinin çoxluğu səbəbindən 23 oktyabrda təxliyəni həyata keçirmək mümkün olmayıb”.

TƏBİB-dən bildirilib ki, ölüm faktı ilə əlaqədar komissiya araşdırmalara başlayıb: “A. Mövlamlı oktyabrın 24-ü saat 17:45 radələrində vəziyyəti nisbətən stabilləşəndən sonra uşaq Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə. F. Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının İntensiv terapiya şöbəsinə təxliyə edilib. Aparılan müayinələrdən sonra azyaşlıda yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyaları, ikitərəfli bronxopnevmoniya, septiki şok, ağciyər ödemi və baş-beyin ödemi, ikincili koaqulopatiya diaqnozu qoyularaq müvafiq müalicə təyin olunub. Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilmədiyi üçün bir gün sonra süni tənəffüs aparatına qoşularaq müvafiq intensiv-reanimotoloji tədbirlər görülüb. Lakin həkimlərin səyinə baxmayaraq, Ayla Mövlamlı oktyabrın 27-si saat 09:25-də Reanimasiya şöbəsində vəfat edib.

Əlavə olaraq bildiririk ki, ölüm faktı ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Tibb müəssisələrində uşaqlar arasında baş vermiş ölüm hallarının təhlili və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə” Komissiyada araşdırma aparılır.

//qafqazinfo

Son xəbərlər