Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi | 12:33 Alyona Əliyeva uşaq evindən paylaşım etdi: "Birlikdə sevinc dolu, unudulmaz anlar yaşadıq" - FOTO | 12:32 Leyla Əliyeva uşaq evini ziyarət edib - FOTO | 12:27 Bakıda bəzi obyektlər söküləcək - Video | 12:08 Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər? | 12:02 Bakıda cəzaçəkmə müəssisəsində dava: Məhbusa vintaçanla xəsarət yetirildi | 11:58 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi - Foto | 11:56 Şəmkirdə "Mercedes" aşdı: Yaralılar var | 22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək |
Mojo.az Avto
Mojo.az Avto

Sərxoş halda evi səhv saldı, 10 aylıq cəza aldı

16.10.2023 17:10 1 158
Sərxoş halda evi səhv saldı, 10 aylıq cəza aldı
Qəbələ rayonunda həmyerlisinin mənzil toxunulmazlığını pozan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonda yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Qəbələ sakini, 1991-ci il təvəllüdlü S.Səlimov (şərti) məhkəmədəki ifadəsində bildirib ki, gecə saat 4 radələrində sərxoş halda keçmiş sevgilisinin evinə getmək istəyərkən səhvən başqa qadına məxsus mənzilə daxil olub. O, hasardan adlayaraq evin həyətinə, sonra isə pəncərənin torunu açaraq evə daxil olub.

S.Səlimov həmin mənzilin yataq otağında ev sahibinin yuxuya getmiş oğlu Muradın (şərti) oyanmasına səbəb olub. Anası ilə birgə yaşayan 14 yaşlı oğlan evdə yad adamın olduğunu görərək qışqırmağa başlayıb. Yanlış ünvana gəldiyini görən 32 yaşlı S.Səlimov ayaqqabısını belə götürmədən oradan qaçıb.

Hadisədən sonra ev sahibi olan qadın polisə müraciət edib. S.Səlimov barəsində Cinayət Məcəlləsinin 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsi ilə iş açılıb. İşin materialları Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ana S.Səlimovun onun övladının ağır psixoloji travma almasına səbəb olduğunu deyib və ona ağır cəza verilməsini xahiş edib.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə S.Səlimova aylıq qazancının 20 faizi tutulmaqla 10 ay islah işləri cəzası verilib.

Son xəbərlər