Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ata-oğul namus üstündə həmkəndlisinin əyninə zorla qadın alt paltarları geyindirib - CƏZA

16.10.2023 13:40 1 278
Ata-oğul namus üstündə həmkəndlisinin əyninə zorla qadın alt paltarları geyindirib - CƏZA
Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sakit Mustafayev və onun oğlu Qabil Mustafayevin (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilməyib.

Lerik Rayon Məhkəməsinin hökmü ilə Sakit Mustafayevin aylıq qazancından hər ay 15% dövlət nəfinə pul tutulmaqla o, 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Qabil Mustafayevə isə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

İttihama görə, Qabil Mustafayevin arvadının mobil telefonuna həmkəndliləri mütəmadi olaraq zənglər ediblər. Bununla bağlı olaraq ata və oğlu zərərçəkmiş Xəlil Əsgərovu (şərti) cəzalandırmaq qərarına gəliblər. Bu məqsədilə onlar 14 iyul 2022-ci il tarixdə, saat 17-18 radələrində xuliqanlıq niyyəti ilə zərərçəkmişin bədəni üzərində sol baldır, sol iç topuq, sağ dirsək nahiyələrində sıyrıqlarla nəticələnən və sağlamlığına zərər vurmayan xəsarətlər yetiriblər. Daha sonra Sakit və Qabil Xəlilin əyninə zorla qadın alt paltarları geyindirərək VAZ-2121 markalı avtomobillə yaşadıqları kənddən Lerik şəhərinin “Avtovağzal” adlanan ərazisinə gətiriblər. Həmin şəxslər orada insan çox olan yerdə Xəlili buraxıb, ünvanına nalayiq ifadələr işlədiblər.скачать dle 11.3
Mojo.az Banner