Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi

03.11.2021 13:21 3 069
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edildi
Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Gəncə şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cabbarov Seymur İbrahim oğlunun – öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Seymur Cabbarov 02.11.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.скачать dle 11.3
Mojo.az Banner