Mojo.az Banner
20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |     20:40 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?  |     20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq

02.11.2021 20:36 798
“Şuşa, sən azadsan!” və “Biz” filmləri təqdim olunacaq
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkici məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman “Xüsusi təyinatlılar”ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Tədbirdə Vətən müharibəsinə həsr olunmuş “Biz” sənədli filminin də nümayişi olacaq. “Biz” filmi müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.скачать dle 11.3
Mojo.az Banner