Mojo.az Banner
19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |     18:30 Bazar günü hava necə olacaq?  |     18:24 Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı artdı  |     18:15 Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı  |     18:09 Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - VİDEO  |     18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |    
Mojo.az Avto
Mojo.az Avto

Antisanitar vəziyyətdə fəaliyyət göstərən qənnadı müəssisəsi aşkarlandı - FOTO

01.11.2021 17:54 1 740
Antisanitar vəziyyətdə fəaliyyət göstərən qənnadı müəssisəsi aşkarlandı - FOTO
Gəncə şəhəri, Zərrabi küçəsi 53 ünvanında fəaliyyət göstərən “Ləziz” şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddətdən bəri təmizlik işlərinin aparılmadığı müəyyən olunub.

Yoxlama zamanı müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmədiyi, məhsulların hazırlanmasında yararlılıq müddəti bitmiş yağlardan, sulu mayadan, qaymaqdan, krem tozundan istifadə edildiyi, satışa çıxarılan məhsulların üzərində etiket məlumatlarının qeyd olunmadığı, işçilərin xüsusi geyim formaları ilə təmin edilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner