Mojo.az Banner
17:27 Azərbaycanda zəlzələ oldu - FOTO  |     16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |    
Mojo.az Avto
Mojo.az Avto

“Cailber”in yeni süjeti: “Bizə heç kimə heç nəyi sübut etmək lazım deyil” - VİDEO

30.10.2021 13:22 1 425
“Cailber”in yeni süjeti: “Bizə heç kimə heç nəyi sübut etmək lazım deyil” - VİDEO
“Cailber” layihəsinin “YouTube” səhifəsində “Dəhliz, müharibə və sadə erməni gənci barədə” (“O koridore, voyne i prostom armyanskom parne”) adlı süjet təqdim olunub.

“İşğaldan azad edilmiş ərazilərimizdə bu gün baş verənlər infrastrukturun bərpası və yeni layihələrin işə salınması, əcnəbi nümayəndələrin səfərləri, hər əkilən ağacın, hər tikilən yarımstansiyanın açılışının işıqlandırılması ilk növbədə qlobal erməniçiliklə informasiya müharibəsində vacibdir, baxmayaraq ki, müharibə bir il əvvəl bitib”, - deyə reportajda bildirilir.

Kadrlarda Azərbaycan ərazilərinin işğalı dövründə erməni diasporunun pulu ilə “Qədim erməni dağlarında “cənnət” haqqında” danışılanlara baxmayaraq, ermənilərin necə miskin şəkildə yaşadıqlarını göstərən kadrlar əks olunub və Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ərazidə görülən quruculuq işlərindən danışılıb.

“Cəmi bir il keçib amma artıq Füzuli-Şuşa yolu tikilib, iki qardaş ölkənin iki qardaş lideri Füzuli Beynəlxalq Aeroportunun açılışını edib”, - deyə videoda vurğulanıb.

“Bizə heç kimə heç nəyi sübut eləmək lazım deyil. Sadəcə düşmənin vaxtilə ilə etdiklərini və bizim gördüklərimiz, görməyə davam etdiyimiz işləri göstərmək kifayətdir”, - filmdə bildirilib.

Daha ətraflı “Caliber”in yeni süjetində:скачать dle 11.3
Mojo.az Banner