Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil Nazirliyinin 4 milyonluq "su daşıması”: 1 manatlıq su 8 manata alınır?

29.10.2021 22:48 1 263
Təhsil Nazirliyinin 4 milyonluq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Stone Construction” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə maliyyə dəyəri 4 517 630 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, müqavilədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suyun və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, QSC 7 iyul 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 29-da yerləşir. QSC-nin qanuni təmsilçisi Hacızadə Elman Xalid oğludur. Açıq mənbələrdə QSC və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

Mediada gedən məlumatlara görə, satınalma müsabiqələrində fəal iştirak edən və qalib gələn şirkətin hüquqi ünvanı əvvəl Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 2v 2, m.17-də yeriləşib. Həmin ünvanda "NT Engineering” MMC-də qeydiyyata alınıb. Bu şirkət də tenderlərin aktiv işrirakçısıdır.

Bundan başqa, aydın olur ki, 2019-cu ildə "Stone Construction” QSC təşkilati hüquqi formasını dəyişib. MMC olan şirkət QSC-yə çevrilib.

"Global Construction” tikinti şirkəti kimi təqdim edilsə də, məlum olur ki, QSC həm də içməli su satır. Yeri gəlmişkən, may ayında şirkətlə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi arasında müqavilə imzalanıb. Müqavilədən aydın olur ki, "Stone Construction” QSC Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə 161 896 manat dəyərində 19 600 ton su satacaq.
Hesablamalardan aydın olunur ki, qurum 1 kub metr içməli su üçün 8.26 AZN (1 ton su = 1,0183 kub metr) ödəməlidir. Hazırda Azərbaycanda əhali üçün 1 kub metr suyun qiyməti 70 qəpik, qeyri-əhali üçün isə 1 manatdır. Beləliklə, "Stone Construction” QSC 1 manatlıq suyu 8 manata satır. Hətta bu qablaşdırılmış su olsa belə, yenə də qiymət dəfələrlə bahadır.

Bu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanan müqavilənin maliyyə dəyəri də müəyyən şübhələrə yol açır. Hər halda su daşınması üçün 4 milyonluq vəsait kifayət qədər böyük məbləğdir. Ehtimal etmək olar ki, dövlət satınalmaları portalında məbləğ səhv qeyd edilib. Portalda bu cür səhvlərə vaxtaşırı rast gəlinir. Amma buna Bakı Şəhəri üzrə Təhsil İdarəsi, yaxud da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aydınlıq gətiməlidir.скачать dle 11.3
Mojo.az Banner